adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Noyabr 2020 11:10
35757
MƏDƏNİYYƏT
A- A+

Düşmən 30 il ərzində məscidlərimizi dağıdıb, tarixi silməyə çalışıb

Düşmən Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman müxtəlif dini konfessiyalara mənsub olan memarlıq abidələrinin qorunması, bərpası ilə əlaqədar çoxlu işlər görüb, onlara hörmətlə yanaşıb.

Bunu Trend-ə Azərbaycan Memarlar İttifaqının sədr müavini, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.

Onun sözlərinə görə, dünyanın qədim mədəni irsə malik güşələrindən biri olan Azərbaycan ərazisində müxtəlif təyinaylı tatixi əhəmiyyət kəsb edən memarlıq abidələri - qəsrlər, türbələr, qalalar, məscidlər, kilsələr və s. mövcuddur.

E.Əliyev əlavə edib ki, torpaqlarımız geri qayıtdıqdan sonra üzərimizə düşən məsuliyyət daha da artır. Çünki düşmən 30 il ərzində bu ərazilərdə yerləşən bir çox abidələrə müdaxilə edərək, onları özününküləşdirib, tarixi silməyə çalışıb, məscidlərimizi dağıdıb.

Memar qeyd edib ki, Kəlbəcər rayonu ərazisində yerləşən «Tanrı məbədi» adlandırılan monastr kompleksi Alban knyazlığının (IX əsr) dini mərkəzi olmuşdur. Burada mövcud olan baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni kilsələrindən tamamilə fərqlənir və yaxud Gəncəsər monastrı (XIII əsr) Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir: "Məni narahat edən məsələlərdən biri ermənilərin bu abidələrin memarlıq quruluşuna müdaxilə edərək, dəyişikliklər etməsidir. Çox ümid edirəm ki, qısa zamanda bu və ya digər memarlıq abidələrimizin ekspertizası üçün Mədəniyyət Nazirliyi tərəfindən bir qrup yaradılaraq həmin ərazilərə ezam ediləcək. Biz bu məsələlərin həllində gecikə bilmərik! Mən çox ümid edirəm ki, azad olunmuş torpaqlarda mövcud memarlıq abidələrinə daha diqqətlə yanaşılacaq, çünki bu, bizim üçün taleyüklü məsələdir".