adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Noyabr 2020 12:25
45828
HÜQUQ
A- A+

İlham Əliyevin adı şanlı zəfər tariximizin memarı kimi tarixə qızıl hərflərlə yazılıdı

Ölkəmizin ali hüquqi normativ aktının Konstitusiyamızın qəbul edilməsinin 25- ci ili tamam olur. 

Keçən 25 il konstitusiya tam olaraq ölkə ərazisində tətbiqini məhdudlaşdırmışdır. Ermənistanın ölkə ərazisinin 20 faizini işğal etməsi konstitusiyanın fundamental təməl prinsiplərinin tədbqini mümkünsüz etmişdir.

27 Sentyabr tarixi bizlərə şanlı tarixi yaşamağı və bu tarixə şahidlik etmək missiyasını yaşatdı. 

Möhtərəm cənab Ali Baş Komandanımızı rəhbərliyi ilə rəşadətli ordumuzun başlatdığı əks həmlə əməliyyatları nəticəsində düşmən qoşunları darmadağın edildi, işğal altındaki vətən torpaqlarımız azad edildi ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi.Bizlər bu qələbənin adım-adım şahidi olduq istər dövlət başçısı timsalında istər diplomatlarımız və əsgərlərimizin necə mübarizə apardıqlarını gördük. Ermənistanın terror dövləti olduğunun beynalxaq huquq və prinsiplərə beynalxaq konvensiyalara əməl etmədiyini göstərdi.

Gəncədə , Bərdədə Tərtərdə Mingəçevirdə mülkü vətəndaşlara qarşı törədilən hərbi cinayətlər deyilənlərin sübutudur və beynalxaq təşkilatlar tərəfindən etiraf edilmişdir.

Münaqişənin hərbi siyasi həlli istiqamətində əldə olunan nəticələr 30 il müddətində həlli mümkünsüz görünən münaqişənin ədalətli həllinə gətirib çıxardı.

Dövlətimiz qarşıya qoyduğu strateji hədəflərə nail oldu statusu kvo birdəfəlik dəyişildi, danışıqlar formatı tamamilə yeniləndi, təməl prinsiplərə nail olundu.

Ölkəmizin Beynalxaq aləmdə tanınan ərazi bütövlüyü bərpa edildi, Qarabağda hər hansısa ərazi vahidin mövcudluğu ləğv edildi,Azərbaycan Respublikasının qanunlarının bütün işğal edilmiş ərazilərdə tətbiqinə nail olundu, ölkəmizin dövlət simvollarından işğaldan azad edilmiş ərazilərimizdə istifadəsi bərpa edildi dövlət rəmzlərinin, dövlət dilinin , dövlətin milli pul vahidinin tədbiqi məsələsi həll edilmiş oldu. Təbii ki əldə olunan nailiyyətlər və böyük qələbə elədə asan başa gəlmədi istər hərb meydanında istər diplomatik müstəvidə böyük mübarizələrə gördük.Vətən yolunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir qazilrəmizə şəfa arzulayıram.

Cənab Ali Baş Komandanımız müharibənin ilk günlərində söylədiyi kimi biz "Vətən müharibəsinə başlamışıq" ifadəsi əbəs yerə deyilmədi bizlər bir yumruq kimi ali mübarizəmizin ətrafında birləşdik xalq və dövlətin vəhdətin müşahidə etdik və bu birliyin sarsılmazlığına dünya ictimaiəti də şahid oldu. 

Əldə edilən qələbə nəticəsində qarşıya qoyulan məqsədlər və geostrateji hədəflərə nail olduq. 

Regionda yeni mərhələnin başlanğıcının göstəricisinə çevrilən qardaş Türkiyə Respublikasının siyasi həll prosesində tərəf kimi iştirakı təmin olundu,

Naxçıvan Muxtar Respublikana quru yolunun bərpası strateji logistik nəqliyyat dəhlizinin yaradılması yeni iqtisadi imkanların əldə edilməsinə imkanlar yartdı.

Ermənistanın işğalçı tərəf olaraq rəsmən müharibənin törətdiyini etiraf etdi və işğalçı olması faktı təsdiqləndi.

Həmçinin qeyd etmək istərdim ki illərdi öz siyasi əhəmiyyətini itirən işğalçı Ermənistanın siyasi imitasiya meydanına çevrilən ATƏT in Minsk qrupunun fəaliyyətinin aradan qaldırılması əldə olunmuş böyük diplomatik uğurdur.

Regionumuzda yeni üç tərəfli əməkdaşlıq platfirmasınım yaradıldı Azərbaycan Türkiyə və Rusiya arasında əməkdaşlıq yeni imkanlar yaradılmasına zəmin yaratdı.

Ölkəmiz öz problemini həm döyüş meydanında həm diplomatik danışıqlar masasında ləyaqətlə həll etdi. 

Bir milyondan artıq soydaşımız öz ata baba yurdlarına tarixi Azərbaycan torpaqlarına geri dönəcək və ölkəmizin inkişafına töhfələr verəcəklər bu yeni bir mərhələnin başlanğıcıdır. 

Bizlər cənab Prezidentimizə qətiyyətli mövqeyinə və ümumilli maraqlarımızın təmin etdiyinə bizlərə böyük qələbə sevinci yaratdığına görə təşəkürl və minnətdarlığımızı bildiririk. 

Möhtərəm cənab Prezident İlham Əliyevin adı şanlı zəfər tariximizin memarı kimi tarixə qızıl hərflərlə yazılıdı.

Qarabağ Azərbaycandır!

 

Anar Sarıyev,

Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri