adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Noyabr 2020 13:16
42064
MƏDƏNİYYƏT
A- A+

“Ermənilərin torpağı olmayıb” - Xalq artisti Aygün Bayramova

“Hamı kimi mən də sevincliyəm. İnanın ki, həmin gün, qələbə xəbərini eşitdiyim gecə yatmamışam. İnanın ki, həddindən çox sevincliyəm. Elə bil ki, dərin bir yuxuda idim. Fikrimcə, hamı mənim kimi düşünür. Qarabağ həsrəti ilə illərdir ki, yaşayırıq. Bu günü o qədər gözləmişik ki. 30 ildir ki, bu tarixi günü gözləmişik. Biz torpaqlarımızı düşməndən azad etmişik. Kiminsə torpağına göz dikməmişik. Mən Şəhid olanların ruhu qarşısında baş əyirəm. Allah onların məkanlarını cənnət eləsin. Allah Ordumuzu qorusun, Ali Baş Komandanımızı qorusun. Həqiqətən, qəribə hisslərdir. Bunu da deyim, inanın ki, soyuq düşəndə səngərdə, yüksəkliklərdə vuruşan əsgərlərimizi düşünürdüm, onlara dualar edirdim.

Bilirsiniz necədir? Burada nə qədər yaxşı şəraitimiz olsa, nə qədər hər şey gözəl olsa da, amma insanın doğulduğu torpaq, havasını udduğu, suyunu içdiyi bir məkan var axı. Torpaq canımızdır, qanımızdır. Hamımız çox sevincliyik. Allah bu sevinci bizə çox görməsin. Gün o gün olsun ki, torpaqlarımız çiçəklənsin. İnanın ki, ermənilər o torpaqlara o qədər işgəncə veriblər ki, torpaq da onları qəbul eləmir”.

Bu sözləri Adalet.az saytına açıqlamasında Xalq artisti Aygün xanım Bayramova deyib:

“Vaxt gələcək ki, o torpaqlarda evlər tikəcəyik, bağlar, bağçalar salacayıq. Hər bir şey olacaq. Hər şey gözəl olacaq. Çox, çox gözəl olacaq. Ermənilərin heç vaxt torpağı olmayıb. Onlar bir tayfadır. Özləri də çox gözəl bilir bunu. Qarabağ bizim torpağımızdır. Baxın, işğal vaxtında, bu neçə il ərzində Qarabağdan, Şuşadan, Ağdamdan bir muğam ifaçısı çıxdımı? Bir tarzən çıxdımı? Bir kamança ifaçısı, bəstəkar yetişdimi? Olmadı. Ola da bilməz. Bu mümkün deyil. Ona görə də Qarabağ bizimdir. Hamı kimi mən də sevincliyəm. Əzizlərimiz, doğmalarımız o torpaqlardan məcburi köçkün düşüblər, bu günü də onların necə gözlədiyini hər kəs yaxşı bilir.

O günü gözləyirəm ki, Qarabağa ayağım dəysin və mən torpağı qucaqlayıb bağrıma basım. O günü səbrsizliklə gözləyirəm. Ki, ermənilərin, murdar ermənilərin qoşunları oradan çıxarılsın və minalanmış müəyyən ərazilər təmizlənsin, biz də torpaqlarımıza geri dönək. Bizim güclü Dövlətimiz var, Liderimiz var. Allah Cənab Prezidentə can sağlığı versin. Ali Baş Komandanın sayəsində hər şey öz həllini tapdı.

Xatırlayırsınızsa, siz mənə müharibə vaxtı zəng edəndə demişdim ki, mən yalnız torpaqlar alınandan sonra danışacam. Dedim, tam qələbə çalınsın sonra. Bilirsiniz niyə? Çünki mən qələbə əzmi ilə danışmaq istəyirdim. İnanın ki, Ağdamda bir tədbir olanda ora gedəndə neçə gün özümə gələ bilmirdim. Fikirləşirdim ki, Ağdamın işğal altında olan hissələri var. Amma indi Qarabağ azaddır. Bir Qarabağlı kimi tam səmimi söyləyim, müsahibələrdə Ağdamdan söz düşəndə yarımçıq qalmış arzularım gözümün önündə canlanırdı. Bu gün Allaha çox şükür ki, qələbə hisslərini yaşayırıq. Bir daha deyirəm, bu torpaqlar Şəhidlərin qanı bahasına alındı. Onların ruhu qarşısında baş əyirəm. Allah Xalqımızı, Ordumuzu, Ali Baş Komandanımızı qorusun”.

Rövşən Tahir