adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Noyabr 2020 16:18
35813
MƏDƏNİYYƏT
A- A+

“Şəhidlərin analarının ayaqlarının altından öpürəm” - AÇIQLAMA

“Gözümüz aydın olsun. Sənə qurban olaram, bu tam başqa bir hissdir. Nə oğul toyunun sevincinə, nə qız toyunun sevincinə bənzəmir. Üzr istəyirəm böyüklərdən, ana olmuşam, bu hissi keçirməmişəm, oğul dünyaya gətirmişəm, o boyda əsgər böyüdürəm, bu hissləri keçirməmişəm. Bu, bambaşqa bir hissdir. Bilmirəm ki, nə edim?! Təsəvvür edin, ayaqyalın qaçmaq istəyirəm. Bu gün səhər ATV kanalında olanda verilişdən öncə ayaqyalın oynamışam ki, şükür sənə, İlahi. Bu sevinc şəhidlərimizin qanı bahasına başa gəldi. Onların ruhu qarşısında baş əyirəm. Onların analarının əllərindən öpürəm, əllərindən də yox, ayaqlarının altından öpürəm. Şəhidlərimiz olmasaydı, bu torpaqları ala bilməzdik. Allaha and olsun, hər bir şəhid elə bilin ki, öz qardaşım, öz balamdır. İnanırsınız ki, deyiləndə ki, Naxçıvana 20 şəhid gəlir, mən nə hallara düşdüm. Qurana and olsun, fikirləşdim ki, o torpaqda onlar yaşamayacaqlar, mən yaşayacam, amma vuruşurlar. O şəhidlərin qarşısında baş əyirəm, dəfələrlə deyirəm, analarının ayaqlarının altından öpürəm”.

Bu sözləri Adalet.az saytına açıqlamasında Əməkdar artist Sevinc Sarıyeva söyləyib:

“Siz inanın, bu səhər sevincdən elə bir vəh gəldi ki, necə qışqırdımsa, həyat yoldaşım dik atıldı. Elə bildi ki, başıma hava gəlib. Üzümə bir sillə çəkdi ki, ayılım. Neçə il idi ki, içimdə o hayqırtı var idi. Bu necə hisslər idi?! Bu saat hər kəs birdir. Neçə ildir ki, mənimlə küsülü olan Aygün xanım Bayramovaya zəng edəcəm. Deyəcəm ki, məndə günah yoxdur, səndən üzr istəyirəm, gəl barışaq. İnanırsınız, bu axşam zəng edib söyləyəcəm ki, gözünüz aydın olsun, gəlin barışaq. Nədənsə məndən inciyib. Deyəcəm ki, nə olubsa, məni bağışla, bu əziz gündə küsülü qalmaq istəmirəm. Bax elə belə də deyəcəm”.

Rövşən Tahir