adalet.az header logo
  • Bakı 19°C
10 Noyabr 2020 16:12
32906
MƏDƏNİYYƏT
A- A+

"Böyük qələbədir" - Xanəndələr hisslərini bölüşdülər

Azərbaycan Vətən Müharibəsindən qalib çıxdı. Gözün aydın olsun, xalqım. Şəhidlərimizin qanı bahasına, canı bahasına tarix yazdıq. Bunu bizə yaşadan Cənab Prezident İlham Əliyevə, Ordumuza təşəkkür edirik. Şəhidlərimizin ruhları qarşısında baş əyirik. Azərbaycan xalqı coşqu içindədir. Elə bu coşqu ilə də Ağdamlı xanəndələrimizdən ələmətdar gün münasibətilə açıqlama aldıq.

Xalq artisti Mənsum İbrahimov: “Nəsil olaraq iki şəhid vermişik, biri qardaşımın oğlu biri isə xalamın nəvəsi. Onlar Vətən yolunda, Vətənin bütövlüyü uğrunda canlarını qurban verdilər. Onlar şəhidlik zirvəsinə yüksələn insanlardır. Onların sayəsində bu torpaqları azad etdik. İnanın, qələbədən sonra səhərə qədər yata bilməmişəm. Bu gecə (10.11.2020-red.) birbaşa Şəhidlər Xiyabanına getmişəm. Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Sizə deyim ki, Ali Baş Komandanımız elə bir sevinc yaşadıb ki bizə, onu heç vaxt yaşamamışıq. Allah Ali Baş Komandanımızı qorusun. Onun rəhbərliyi ilə qəhrəman oğullarımız Qarabağda dastan yazdı. Sözün əsl mənasında Şuşanı biz igidlərimizin qəhrəmanlığı sayəsində aldıq. Şuşamızın qayıtması ilə qürurumuz özümüzə qayıtdı. Bir millət olaraq yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdik, hərəmiz bir əsgər oldu. Bunun nəticəsində mənfur düşmənimiz ermənilər təslim oldu. Bu böyük bir qələbədir. Ki, xəritəmiz tamamlandı. Hətta Naxçıvanımızla aramızda quru yolu açılır. Çox böyük qələbədir. Allah Ali Baş Komandanımızın canını sağ eləsin. Cənab Prezidentin apardığı düzgün xarici və daxili siyasətin hesabına bu qələbə qazandıq. Ali Baş Komandanımız var olsun, Ordumuz var olsun, Şəhidlərin ruhunun qarşısında baş əyirəm. Bütün xalqımı ürəkdən təbrik edirəm”.

Xanəndə Firuz Səxavət: “Hamımızın gözü aydın olsun. Bunu sözlərlə ifadə edə bilmirəm, ancaq yaşayıram. Azərbaycan Xalqını, Ordusunu öpürəm. Düşünürəm ki, 30 il ərzində əziyyət çəkdik ki, bu da bir sınaq idi. Allah bunu bizə sınaq kimi göndərdi ki, torpağımızın qədrini bilək. İnsanlarımız bir-biri ilə sıx şəkildə yaşayacaq. Ərazi bütövlüyümüz təmin olundu. Duyğularımı ifadə edə bilmirəm. Ağdamla bağlı o qədər arzularım var ki. Həsrətlə gözlədiyim yerdir ora. Bu qələbə ilə düşünürəm ki, həyata ikinci dəfə gəldim. Bunu da bizə yaşadan Şəhidlərimiz oldu. Allah onlara rəhmət eləsin”.

Əməkdar artist Elnur Zeynalov: “Neçə il sonra həsrət bitdi. Vallah, çox möhtəşəm bir xəbərdir. İfadə edə bilmirəm hisslərimi. Bir onu bilirəm ki, əsgərlərimiz, zabitlərimiz Ali Baş Komandan başda olmaqla tarix yazdılar. Həqiqətən, tarix yazdılar. Bu Azərbaycanımızın qələbəsidir. Ağdama 28 ildən sonra geri dönəcəm. Bu bilirsiniz, nə deməkdir? Gecədən yatmamışam. Sevinc göz yaşları içindəyəm. Allah millətimizi qorusun”.

Rövşən Tahir