adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Noyabr 2020 12:22
44956
MƏDƏNİYYƏT
A- A+

“Qələbə bizimlə olacaq” - Zülfiyyə Qurbanova

“Heç kim istəmir ki, müharibə olsun. Heç mən də istəmirəm. Amma bəzi hallarda müharibə qaçınılmaz olur. Müharibə yaradır, müharibə ağrıdır, müharibə yarımçıq qalmış talelərdir, gözü yolda qalmış körpə balalardır, atasız böyüyən uşaqlardır, oğulsuz böyüyən analardır. Heç birimiz istəmirik, müharibə olsun. Amma dediyim kimi, bəzi məqamlarda müharibənin baş verməsi labüd olur. Hələ sənin düşmənin erməni kimi murdar, xislətsiz bir millətdirsə, müharibə qaçınılmazdır. Ermənilər dəfələrlə atəşkəs rejimini pozdular, bizi müharibəyə sövq etdilər. Biz özümüzü müdafiəyə keçməli idik ki, keçdik.

Ermənilər çox xislətsiz, murdar insanlardır. Bu əzbərdən deyilmiş sözlər deyil, həqiqətən belədir. Birinci Qarabağ müharibəsindən bu vaxta qədər keçən dönəm özü sübut etdi ki, ermənilərin xislətində heç bir şey dəyişilməyib. Sadəcə zaman keçib. Gəncə, Bərdə, Tərtər hadisələri buna sübutdur. Mən Gəncə hadisəsini sosial şəbəkədən oxudum, anında televizoru açdım və Gəncədən birbaşa canlı efir gedirdi. Türk kanallarında göstərilirdi. Həmin an qanım dondu. İnanın səmimiyyətimə, günlərlə özümə gələ bilmədim (ağlayır). Düşünürsən ki, dağıntıların altında kimsə, bəlkə də, sağdır və imdad istəyir. Ölüm sayı çoxaldıqca insanda stress, əsəb, çarəsizlik üst-üstə gəlir. Mən ağrının nə olduğunu çox gözəl bilirəm. Bu yaşımda ana itirmişəm deyə bilirəm. Dünyanı dərk edirəm, ölümü dərk edirəm. Həmin körpə uşaqların anasız qalması, anaların övladsız qalması, bütün ailə üzvlərinin vəfat edib tək bir uşağın qalması adama dağ çəkir. Mən bu yaşımda hələ valideynsizliyi qəbul etməmişəm, bəs o uşaqlar necə valideynsiz böyüyəcək? Adam onu fikirləşir. Dünya yığılsa da, bir ananın nəvazişininin əvəzini heç kim və heç nə vermir. Adamın ürəyi parçalanır. Hələ o dağıntıların altından ölmüş insan bədənləri çıxarıldıqca insanın daxili üsyanı daha da artır”.

Bu sözləri Adalet.az saytına açıqlamasında Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova söyləyib:

“Mən humanist insan deyiləm. Yəni o psixologiyaya malik insan deyiləm ki, mənə silah uzadana mən çiçək uzadım. Məndə elə bir şey yoxdur, mən elə bir dünyanın adamı deyiləm. Mən “Qana qan, ölümə ölüm!” düşüncəsinə malik olan insanam. Ona görə mən düşünürəm ki, ermənilər elədiklərinin cəzasını çəkməlidirlər. Gəncəyə, Bərdəyə, Tərtəyə dəfələrlə raket atdılar. Sosial şəbəkələrdə onların aqresssiyasını, saxta məlumatları dünyaya yaymasını görürsünüz də. Çox həyasız millətdir. Onlar kimi ikinci bir həyasız toplum görməmişəm. Təəssüf ki, bu boyda dünyada dövlətlər, ölkələr ola-ola, erməni ilə qonşu olmuşuq.

Törətdiyi terror hadisələri ilə onlar sübut etdilər ki, xislətsizdirlər. Mən bütün şəhid analarının qarşısında baş əyirəm. Onların oğulları olmasaydı, bizim torpaqları kim qoruyardı? Yenə deyirəm, şəhid anaları qarşısında baş əyirəm. Orduda döyüşən, ön, arxa cəbhədə olan hər kəsin qarşısında baş əyirəm. Bizim birliyimiz var idi, amma bu müharibə bizi daha çox birləşdirdi.

Xalamın övladları Birinci Qarabağ müharibəsində döyüşüb, qəlpə yaraları alıblar. Ömürlərini qəlpə yaraları, ağrıları ilə keçirən insanlardır. Mən onların çəkdiyi əziyyətləri bilirəm. Bu haqda danışmaq istəmirəm. Hazırki müharibədə dayım övladları döyüşür. Odur ki, mən ağrı-acının nə demək olduğunu bilirəm.

Bu gün hər kəsin gözü yoldadır, hər kəs doğmalarının yolunu gözləyir. Allah hər kəsin sevdiklərini, doğmalarını qorusun. Allahın izni ilə müharibə bizim xeyrimizə olacaq, qələbə bizimlə olacaq. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah Xalqımızı, Ordumuzu, Ali Baş Komandamızı qorusun”.

Rövşən Tahir