Astarada xuliqanlıq edən şəxsin üzərindən silah və narkotik çıxdı
Astara rayonunun Maşxan kənd sakini E.Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov tərəfindən döyüldüyünü bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Elvin Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb
Faktla əlaqədar Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19