adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

 AQONİYA -MEHMAN CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
152668 | 2020-11-03 09:10

Bu, insan həyatının qürubunu, orqanizmin yaşamaq uğrunda son uğursuz çırpıntılarını, sadə dillə desək, canın bədəndən çıxma prosesini özündə ehtiva edən bir tibb terminidir. Kökü qədim Roma mifologiyasına gedib çıxır. Orda allahların şərəfinə qurban kəsilən heyvanın adından götürülüb. Son dövrlər daha çox sosiallaşdığı, ictimai-siyasi çalar aldığı üçün artıq tibbi termin kimi də işə yaramır, təkəm-seyrək işlədilir. İndi hər hansı bir ideologiyanın, siyasi rejimin, fəlsəfi, ədəbi cərəyanın, hətta bütöv bir toplumun iflasını “aqoniya” adlandırırlar.

Bıçağın altından sivişib çıxmağa çalışan qurbanlıq heyvanın əlacsız, əcəlin cəngindən qopmağa can atan insanın çarəsiz çabalamaları, ölüm anında gələn son enerjini ümidsiz məcralara yönləndirmək təşnəsi... Tükürpədici səhnələrdir. Həyatla ən zalım insanların belə qəlbini yandırıb-yaxan, içini didib-dağıdan bu cür vida mərasimlərini gözlə görmək çox ağırdı, bəzən sağlam adamlarda belə ömürlük psixoloji  travmalar yaradır.

Düşkün ideyalara mübtəla olan qrup və ya toplumların aqoniyasısa daha dəhşətli hadisədir, çünki fərdi müstəvidən kənarda baş verir, bütün cəmiyyəti bürüyərək böyük faciələrə, bəlalara yol açır, ciddi sosial kataklizmlər yaradır. Suda boğulan saman çöpündən yapışan kimi, onlar da öz xilas düsturunu “mən yoxamsa, mənim ideyalarım göz görə-görə puç olursa, qoy onda hər şey məhv olsun” məntiqində tapır, “cəhənnəmə gedən özünə yoldaş axtarar” düşüncəsiylə hərəkət edirlər.

Tarixin yaddaşı son anda canlarını bu cür tapşıran insanaqənim ideologiyalar və insan qruplarıyla doludur. Onun ən sonuncu səhifəsi hazırda gözümüzün qabağında yazıldığı üçün çox da dərinliklərə boylanmağa ehtiyac yoxdur, yaşadığımız bu çətin, həm də şərəfli günlərdə ermənilərin sərgilədiyi davranışlara ötəri nəzər salmaq kifayətdir.

Bu gün özlərini millətçi, sosialist, sosial-demokrat, nə bilim, liberal-demokrat adlandırmaqlarından asılı olmayaraq Ermənistanda fəaliyyət göstərən siyasi partiyaların hamısı birmənalı olaraq sexakronutyun ideologiyasına qulluq edirlər. Faşizmin erməniləşdirilmiş variantı olan bu təlimin yaradıcısı Vermaxtın əlaltısı, Hitlerin yerişini yerimək sevdasına düşmüş bədnam Qaregin Njdedir. Hərfi mənası qəbilə dini anlamına gəlir və qısa desək, erməni rasizmini təbliğ edir. Yəni, Njde fürüerin almanlar üçün yaratdığı xəstə ideyanı öz xalqına pərçimləmək, bu yolla da vaxtilə Hindistandan dünyaya yayılan qaraçıların bir qolu olan ermənilərdən ali irq düzəltmək istəyir.

Bu qaraçı söhbətini qəribçiliyə salmayın, bunu mən yox, böyük şərqşünas və Qafqazşünas alim, həm Rusiya İmperator Akademiyasının həqiqi üzvü, həm də SSRİ Elmlər Akademiyasının həqiqi üzvi və prezidenti olmuş akademik N. Y. Marr deyir. Akademik elə erməni mənbələrinə əsaslanaraq yazır ki,  ermənilərin kökü Hindistandan  gələn qaraçıların bir qolu olmuşdur. Bizansın şərqində (indiki Suriya-Livan ərazisində) onlar yerli əhali ilə qaynayıb-qarışmış və qardaşlaşmışlar. Bu fikri bir çox alimlər, hamımızın yaxşı tanıdığı məşhur rus publisiti və ictimai xadimi  V. L Veliçko da sübut edir. Odur ki, indi onların dünyanın hər yerinə səpələnmələri heç də Osmanlı təqibləri və başqa bu kimi uydurma nağıllarla bağlı deyil, xislət məsələsidir.

 Bu gün erməni tarixçilərinin özlərini sübutsuz-filansız gah hurrilərə, gah Urartuya bağlamaq, bu azmış kimi hətta həyasızcasına şumerlərə calamaq , şumer diliylə erməni dili arasında saxta paralellər aparmaq cəhdləri də məhz bu qaraçı kompleksindən yaxa qurtarmaq istəyindən qaynaqlanır.

Dil çox mütəhərrik anlayışdır, zaman-zaman inkişaf edir, dəyişir, başqa xalqlarla, mədəniyyətlərlə ünsiyyət prosesində zənginləşir, hətta onun yeni qramatik normaları yaranır. Xaraktersə fərqlidir, daha konservativdir, sonradan qazanılan vərdişlər ona nə qədər təsir göstərsə də izləri qalır, məhv olub getmir. Fərdlərdə də belədir, toplumlarda da. Bu gün onların hər addımda qarşılaşdığımız, başqa söz tapa bilmirəm, məhz qaraçı şüvənliyi də bunun bariz nümunəsidir.

Uzun-uzadı misallar çəkib vaxt almayaq. Sadəcə, yüz ildir ki, dillərini yağır eləmiş bu “genosid” kəlməsiylə bütün dünyanın canını boğazına  yığmaqlarını xatırladaq, kifayətdir. Bu mərəzi öz  havadarlarının da canına o dərəcədə yoluxdurublar ki, indi ermənilər yalan olub, onlar doğru. Dünən Azərbaycan ordusunun Qarabağdakı əks-hücum əməliyyatlarını “şərh edən” bir rus saytı yazır ki, Azərbaycan ordusunun tam qələbəsindən sonra Qarabağdakı ermənilər Ermənistana qaçmağa məcbur olacaq ki, bu da artıq genosiddir. O gün də RTR-də erməniağız Popovun “60 dəqiqə” tok şousunda “genosid” kəlməsini eyni kontekstdə işi-gücü veriliş boyu yerində burcutmaq və arada bir neçə kəlməlik replika atmaqdan ibarət olan Olqa Skabeyeva, Popovun arvadı işlətdi.

Əvvəla, Dağlıq Qarabağ  ermənilərinin (təbii ki, Suriya, Livan, Fələstin, Fransa, ABŞ və başqa ölkələrdən və nəhayət, Ermənistandan gələn  ermənilərə aid deyil) ordan çıxardılması Azərbaycanın planlarına daxil deyil və rəsmi Bakı bunu dəfələrlə bəyan edib. İkincisi, əgər 50-60, lap olsun 100 min erməninin Ermənistana köçməsi genosiddirsə, bəs onda 1 milyona yaxın azərbaycanlının öz yurdlarından didərgin salınmasının, evlərinin, mal-mülkünün dağıdılıb viran qoyulmasının adı nədir? Yoxsa, bu “genosid” kəlməsi məhz elə ermənilərin boyuna biçilib və onların itinə də “yoldan çıx” demək “genosid” sayılmalıdır.

Bu gün Qarabağda baş verənlərin günahı ermənilərdən çox böyük dövlətlərdədir. Onları saxta, uydurulmuş “genosid” nağıllarıyla ərköyün uşağa çevirənlər də, başlarını tumarlaya-tumarlaya Azərbaycan torpaqlarının işğalına sövq edənlər də həmin ölkələrin siyasi elitası və bu elitanın maraqlarından çıxış edən media qurumlarıdır.

Ölkənin müdafiə naziri rəsmən bəyan edir ki, Azərbaycan ordusunun indiki səviyyəsi “təhlükəsizlik zonasını genişləndirməyi (oxu: yeni Azərbaycan ərazilərinin işğalını) zəruri edir, Minski qrupu səsini çıxartmır, qondarma qurumun indi öldü-qaldısı bilinməyən “prezidenti” deyir ki, Şuşanı paytaxt edəcəyik, Avropanın sülh qaranquşları ağzına su alıb susur, Paşinyan deyir ki,” Qarabağ Ermənistandır və nöqtə, BMT dinmir, Azərbaycanın digər torpaqlarına hücum edib enerji infrastrukturlarını dağıtmağa can atırlar, ABŞ görməzdən gəlir. Vəziyyət kritik həddə çatır və Azərbaycan məcbur olub öz qüvvəsiylə öz başının çarəsini qılmağa qərar verəndə bir ağızdan səs-səsə verib yaxalarını çırmağa başlayırlar. Türkiyəni də Azərbaycana qoşub üstünə cumurlar. Türkiyə neynir ki, deyir, biz Azərbaycanın yanındayıq və ondan siyasi və mənəvi dəstəyimizi əsirgəməcəyik. Bəs, 30 ildir ki, Avropalı, Rusiyalı, ABŞ-lı hamınız əlbir olub Ermənistandan təkcə siyasi-mənəvi yox, həm də hərbi-iqtisadi dəstəyinizi əsirgəməyəndə biz buna necə dözmüşük?

Bəlkə bu gün ermənilərin işğal etdikləri zonalarda tikilmiş, dəyəri on milyardlarla dollarla ölçülən bu hərbi istehkamlardan və müdafiə qurğularından xəbərləri yox idi? Var idi, çünki hamısını onların dəstəyiylə tikmişdilər, ac-yalavac Ermənistanın buna gücü çatmazdı. Əgər həmin ərazilərin nə vaxtsa boşaldılacağına çalışırdınızsa bu büsat nədən ötrüydü?

Bu gün cəbhə bölgəsindəki əməliyyatların bu qədər uzanmasının, daha fazla qan tökülməsinin bir günahı da məhz ard-arda düzülmüş müdafiə zolaqlarında, deməli, həm də onu yaratmağa yardımçı olmuş güclərdədir. Çünki rayon-rayon aldıqlarını kənd-kənd qaytarmağa məcburuq.

Sonu yaxınlaşan, döyüş meydanındakı mövqelərini günbəgün itirən düşmən getdikcə daha çox quduzlaşır, quduzlaşdıqca da daha çox mülki obyektləri dağıdır, dinc əhalini, uşaqları, qadınları, qocaları qadağan olunmuş silahlarla amansızcasına qətlə yetirir. Bəzən bunu qəsddən etdiklərini də gizlətmirlər. Keçmiş müdafiə nazirləri açıq-aşkar bəyan edir ki, dinc əhalini hədəf almaqda məqsəd ölkədə panika yaratmaq, çaxnaşma salmaqdır. Njdenin mənəvi atası Hitler də özünün və Üçüncü Reyxin aqoniyası başlayanda eyniylə bu cür hərəkət eləmiş, FAU-2 raketləriylə Londanun mülki obyektlərini dağətmaq və dinc əhalisini qırmaqla ölkədə çaxnaşma törətməyə çalışmışdı.

Ermənilərin bu vəhşiliyi təkcə taktiki gediş-zad deyil, həm də aqoniyanın “mən yoxamsa, hər şey məhv olsun” məntiqinə əsaslanan klassik simptomlarından biridir. Azərbaycan ordusunun qələbə yürüşü finiş xəttinə yaxınlaşdıqca onlar bu qırğınları öz daxillərində də törədəcəklər. Heç şübhəniz olmasın.

O ki qaldı Azərbaycanın daxilində panika yaratmaq taktikasına, bu da “şirin erməni xülyası”ndan başqa bir şey deyil. Əksinə hər belə erməni vəhşiliyi Azərbaycan xalqını bir az da monolitləşdirir, onu son bir aydır ki, həm hərbi əməliyyatlar, həm diplomatiya, həm də informasiya cəbhəsinin ali baş komandanı missiyasını böyük ustalıqla yerinə yetirən prezident İlham Əliyevin ətrafında daha da sıx birləşdirir.

 

TƏQVİM / ARXİV