Nazirlik tədris kurslarının fəaliyyətinə aydınlıq gətirib
Tədris kurslarının fəaliyyəti ilə bağlı hər hansı qadağanın tətbiqi nəzərdə tutulmur.
Adalet.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, tədris kursları mövcud qaydalara riayət etməklə fəaliyyətlərini davam etdirə bilərlər.