adalet.az header logo
  • Bakı 18°C
30 Oktyabr 2020 11:20
15927
DÜNYA
A- A+

Demokratların anket əndişəsi – Biden hələ ki öndədir

ABŞ-da 3 noyabrda keçiriləcək seçkilərə az qalmış anketlərə görə Biden Trampı 12 bal qabaqlayır. Ancaq kritik əyalətlərdə aradakı fərq azalır. 

2016-cı ildə keçirilən seçkilərdə ölkə üzrə 3,5 bal öndə olan Joe Biden rəqibi Donald Trampı qabaqlasa da, Demokratlar Partiyası 2016-cı ildəki aqibəti yaşamaq istəmir. Çünki 2016-cı ildəki seçkilərdə Demokratlar Partiyası əyalətlərdə yetəri qədər nümayəndə qazana bilməmişdilər. Amerika seçki sisteminə görə daha çox nümayəndə qazanan seçimin qalibi olur. 

“Floridanı götürən seçkini qazanır” sözünə inanan Biden və Tramp son günlərdə bu əyalətdə fəaliyyətlərini artırıblar. 29 nümayəndəyə sahib Florida bu baxımdan çox vacibdir. 

Kritik olaraq adalandırılan digər 3 əyalət isə Miçiqan, Pensilvaniya və Viskonsin əyalətləridir. Əvvəlki seçkilərdə Tramp sürpriz edərək bu əyalətlərdə az fərqlə önə çıxmışdı.

Eminquey