adalet.az header logo
  • Bakı 7°C
29 Oktyabr 2020 21:45
24349
İDMAN
A- A+

"Lans"ın 11 futbolçusu koronavirusa yoluxdu - Görüş təxirə salındı

Fransa çempionatının 9-cu turunda oktyabrın 31-i  keçirilməli olan "Marsel" - "Lans" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna qonaq komandanın 11 oyunçusunda koronavirus aşkarlanması səbəb olub.

Bundan başqa, "Lans"da daha 7 nəfər də koronavirusa yoluxub. Bildirilib ki, xəstələr arasında komandanın məşqçisi Frank Ez də var.