adalet.az header logo
  • Bakı 7°C
29 Oktyabr 2020 20:31
20163
SİYASƏT
A- A+

Ceyhun Bayramov: “Bizim reaksiyamız işğal olunmuş ərazilərimizin azad edilməsi olacaq”

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib.

C.Bayramov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağdakı vəziyyətə cəlb edilməsi fikrini şərh edərkən, Bakının münaqişənin kontekstinin və ya onun zonasının genişləndirilməsini dəstəkləmədiyini qeyd edib.

“Ermənistan öz ərazilərindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərini, yaşayış bölgələrini və əhalisini top atəşinə tutaraq, Azərbaycanı cavab atəşi açmağa və bununla da üçüncü dövlətləri münaqişəyə cəlb etməyə çalışır. Ermənistanın bu cür təxribatlarına cavab verməyəcəyimizi açıq şəkildə bildirdik. Bizim reaksiyamız Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi şəklində döyüş meydanında olacaq”, - deyə Azərbaycanın XİN başçısı vurğulayıb.