adalet.az header logo
  • Bakı 6°C
29 Oktyabr 2020 19:20
18858
DÜNYA
A- A+

Bir qrup müsəlman Moskvada Fransa səfirliyinin qarşısında etiraza qalxdı

Bir qrup müsəlman Rusiyanın Moskva şəhərində, Fransa səfirliyinin qarşısında “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturasının nəşrinə görə mitinq keçirib.

“İnterfaks”ın müxbirinin verdiyi məlumata görə, aksiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dayandırılıb.

Tezliklə etirazçıların əksəriyyəti uzaqlaşdırılıb. Qalanlar növbə ilə peyğəmbərin xatirəsinin qorunmasını ifadə edən pankart ilə səfirliyin önündə etirazlarına davam edirlər.

Bildirilib ki, iştirak edənlərin hamısı karantin qaydalarına uyğun olaraq tibbi maskalar taxıblar.

Nümayişçilərdən saxlanılan olmayıb.

Səfirliyin qarşısında bir neçə polis maşını var. Amma hüquq-mühafizə orqanlarının əməkdaşları tək piketlərə müdaxilə etmirlər.