adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Oktyabr 2020 14:27
16561
GÜNDƏM
A- A+

Xarici diplomatların olduğu Tərtər atəşə tutuldu

Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Bu barədə Adalet.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk", - məlumatda qeyd olunub.