adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Oktyabr 2020 13:24
16464
MƏMLƏKƏT
A- A+

MƏN HEÇ VAXT  «McDONALDS»A GİRMƏMİŞƏM

Oxudum ki, «McDonalds» Azərbaycan çox sarsaq bir iş görüb. Deyəsən, Azərbaycanın xəritəsini  paylaşıb, sonra silib. İndi də  camaata  müraciət edir ki, nə bilim nə, biz  sizə xidmət edirik…

Mən heç  vaxt «McDonalds»a girməmişəm, nə Azərbaycanda,  nə də xarici ölkələrdə. Çünki onların  bişirdiyi  yeməklər  nə mənlikdi, nə də bizlik. Mən də həmişə  dostlara  demişəm ki, cocuqlarınızı «McDonalds»da  yedirtməyin, Allah bilir orda  yeməyə  nə qatırlar. Xüsusilə də, oğlan uşaqlarını belə yerlərə  aparmayın.

İndi oxuyuram ki, «McDonalds»ı boykot etməyə   çağırışlar var. Görək  millət bu  çağırışlara  necə reaksiya verəcək?