adalet.az header logo
  • Bakı 11°C
27 Oktyabr 2020 21:33
32200
İDMAN
A- A+

Özildən 1400 şagird üçün nahar

 

“Arsenal”ın futbolçusu Mesut Özil növbəti dəfə nümunəvi addımı ilə diqqət mərkəzinə düşüb.

Qol.az xəbər verir ki, türk əsilli alman futbolçu Londonda 11 məktəbin ümumlikdə 1400 şagirdi üçün nahar yeməyinin xərcini üzərinə götürüb.


Britaniya mətbuatı 32 yaşlı yarımmüdafiəçinin pandemiya dövründə dəfələrlə şagirdlərin qidalanması üçün yardım etdiyini yazıb.

İngiltərədə şagirdlər üçün nəzərdə tutulan “pulsuz yemək kupon”u bir müddətdir ki, müzakirə edilir. Hökumət 6 həftəlik yay tətili zamanı güzəşt kuponunu ləğv etsə də, “Mançester Yunayted”in futbolçusu Markus Reşfordun İngiltərə parlamentinə etdiyi çağırışdan sonra geri addım atıb.

Qeyd edək ki, İngiltərədə pulsuz yemək sistemində 1,3 milyon uşaq qeydiyyatdadır. Koronavirusa görə məktəblər bağlansa da, sistemdə qeydiyyatda olan uşaqların ailələrinə supermarketlərdə istifadə etmək üçün qida kuponu verilir.