adalet.az header logo
  • Bakı 21°C
26 Oktyabr 2020 11:52
40189
HÜQUQ
A- A+

Ermənistanın mülki əhaliyə hücumu nəticəsində bugünədək 65 nəfər həlak olub

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq, 297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaqdır.