adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Oktyabr 2020 11:26
30376
MƏMLƏKƏT
A- A+

Qardaşım döyüşlərə könüllü qatılıb - Şəhid bacısı

Qardaşım döyüşlərə könüllü qatılıb və Azərbaycan ərazilərinin işğal altında olması ilə barışmırdı.

Trend-in məlumatına görə, bunu şəhid Dmitri Solntsevin bacısı Yuliya Solntsevna bildirib.

O qeyd edib ki, qardaşı Azərbaycan Neft və Sənaye Universitetini bitirib və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində çalışıb:

"O koronavirus infeksiyasının müalicəsi prosesində könüllü iştirak edib. Sentyabrın 21-də isə könüllü olaraq orduya yazılıb və təlimlərə qatılıb. Ermənilərin təxribatından sonra könüllü olaraq cəbhəyə yollanıb. Azərbaycanda yaşaması ilə fəxr edirdi. Azərbaycan torpaqlarının işğalı ilə barışmırdı. Elə ona görə də cəbhəyə könüllü yollandı və şəhid oldu".