adalet.az header logo
  • Bakı 7°C
25 Oktyabr 2020 12:00
109005
ŞOU-BİZNES
A- A+

“Sənin qeyrətinə tüpürüm” - Türkiyədə konsert verən Mətanəti “ağ yuyub qara sərdilər”

“Bu nə biyabrçılıqdır? İstanbulda konsert vermək nədir? Özü də 2 gün. Siz nəyə konsert verirsiniz? Bu ölkədə hər gün şəhid xəbəri alırıq”.

Adalet.az xəbər verir ki, bu sözləri prodüsser Tarix Əliyev “instagram” hesabında Əməkdar artist Mətanət İsgəndərliyə xitabən yazıb. O, Mətanətin “Türkiyədə yaşayan Azərbaycan türkləri və türk qardaşlarımız, oktyabrın 24-25-i mən Mətanət İsgəndərli öz nəğmələrimlə qələbə naminə gözəl bir axşama sizi dəvət edirəm” çağırışına sərt reaksiya verərək müğənnini ağ yuyub qara sərib:

“Türkiyədə müharibə olsaydı, konsert verə bilərdiniz? Hələ bizim Əməkdar artist. Bəs hər gün videolarla xalqa yalandan təsəllilər nədir? Ayıb olsun! Hərdən deyirsən ki, danışmayasan, amma olmur. Bu xalqın balaları yerin altında necə rahat yatsın?!”

Mətanətin bu hərəkəti izləyicilər tərəfindən də pis qarşılanıb. İzləyicilərin tənqidlərindən sonra paylaşım edən restoranın səhifəsi Mətanətin çıxışını silib. Lakin buna baxmayaraq izləyicilər müğənninin öz şəxsi səhifəsində də paylaşım etdiyi digər foto və videoların altına öz tənqidi fikirlərini yazıblar. Onların bir qismini təqdim edirik:

Ali_aysel_yasaroğlu: “Burada artistlik edib şəkil paylaşırsan, həyatda isə İstanbulda konsert verirsən. Sənin kimilər də sənə qoşulub şıllaq atır. Abırsızlar. Oğlunu göndər, könüllü getsin də cəbhəyə. Görək onda da belə şıllaq ata biləcəksən?”

Alfa_geyim: “Sənin qeyrətinə, mənliyinə tüpürüm. Allah sənə lənət eləsin. Balan, qardaşın şəhid olsa, kimsə konsert versə, necə olar?”

La.miraj: “Ayıb olsun, burada neçə oğullar gedib vuruşub şəhid olur, heç sənin nəslində elə oğullar yoxdu. Hələ əsgərlərdən başqa neçə mülki şəxs şəhid oldu. Sən isə gedib konsert verib pul qazanırsan. Heç olmasa o konsertdəki pulu orduya yollayardın, onda bəlkə susardıq. Çox qansız adamlarsınız. Ar olsun sizə. Siz necə bu torpağa ayaq basacaqsınız? Amma siz doğulandan artist doğulmusunuz. Gələrsiniz, başı dik gələrsiniz...”

Nigarvidadi: “Ölüb yerə girmədiniz orada oxuyanda? Onsuz da hamı bilir, sizin necə qadın olduğunuzu. Heç olmasa bu müharibə şəraitində özünüzü tamam 5 qəpiklik etməzdiniz”.

Qeyd edək ki, müğənniyə qarşı yönəlik kobud fikirlər həddən artıq çoxdur. İnsanlar Mətanətin etdiyi bu hərəkətə görə çıxıb ən azından üzr istəməsini gözləsələr də, müğənni hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Mətanətin restoranda təşkil etdiyi şou-proqramdan olan görüntünü təqdim edirik:

Rövşən Tahir