adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2020 19:00
18880
DÜNYA
A- A+

“Samsung”un rəhbərinin övladları doqquz milyard dollar miras vergisi ödəməlidirlər

“Samsung”un rəhbərinin övladları doqquz milyard dollar (15 300 000 000) miras vergisi ödəməlidirlər.

Bu barədə “Yonhap News Agency” xəbər yayıb.

Qeyd edək ki, “Samsung” konserninin sədri Li Kun Hi bu gün 78 yaşında vəfat edib.

Dünyaca məşhur Koreya şirkəti onun atası tərəfindən qurulmuşdu.

Sahibkarın üç övladı qalıb. Sədr kimi varisi oğlu Li Çje Yen sayılır.

Böyük qızı “Samsung Hotel Shilla” hotellər şəbəkəsinə rəhbərlik edir, ikincisinə “Samsung Xeyriyyə Fondu” miras qalıb.

Li Kun Hinin kiçik qızı 2005-ci ildə intihar edib.