adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Oktyabr 2020 17:50
31690
GÜNDƏM
A- A+

Ordumuzdan düşmənə sarsıdıcı zərbə: Komanda idarəetmə məntəqəsi və atəş nöqtələri məhv edildi - VİDEO

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin iki artilleriya qurğusu, iki BM-21 “Qrad”, bir komanda qərargah maşını, bir komanda idarəetmə məntəqəsi, iki yük maşını, bir tank və bir neçə atəş nöqtəsi məhv edilib.