adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Oktyabr 2020 16:54
20852
DÜNYA
A- A+

İran Ermənistan və Azərbaycanla həmsərhəd bölgələrdə təlimlər keçirib

İranın quru qoşunları ölkənin şimal-qərb sərhəd rayonlarında təlimlər keçirib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İİR ordusunun Mətbuat Xidməti xəbər yayıb.

Bildirilib ki, təlimlərin məqsədi güc nümayiş etdirmək və döyüş hazırlığını artırmaqdır.

Tədbirdə piyada və artilleriya bölmələri ilə yanaşı, pilotsuz təyyarələr də iştirak edib.

Hərbi qüvvələr təlimlərin hansı ölkələrlə sərhəddə keçirildiyini açıqlamayıb. Ancaq İİR şimal-qərbdən, o cümlədən, Türkiyə, Ermənistan və Azərbaycanla həmsərhəddir.

İran ordusu təlimin Qarabağda və ətraf rayonlarda gərginliyin artması ilə əlaqəli olub-olmadığını da açıqlamayıb.