adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Oktyabr 2020 14:18
34316
ANALİZ
A- A+

KTMT Ermənistanı üzvlükdən çıxarmalıdır - Akif Nağı

Artıq bir aya yaxındır ki, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək uğrunda gecə-gündüz dayanmadan çalışır. Hamının ürəyi cəbhə xəttində döyünür və hamı qələbə xəbəri gözləyir. Apardığımız haqq savaşı ilə bağlı Adalet.az saytı olaraq Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikirlərini öyrəndik. 

 

QAT-ın sədri Akif Nağı:


 

- Biz bu müharibəni çoxdan gözləyirdik və həmişə Qarabağ Azadlıq Təşkilatı olaraq da tələb etmişikdik ki, başqa yolu yoxdur. Kor-koranə yox, analizlərlə, təhlillərlə deyirdi ki, danışıqlar Azərbaycanın maraqlarına cavab vermir. Şükürlər olsun ki, həm daxildə, həm də xaricdə ciddi hazırlıqlardan sonra müharibə əmri verildi və uğurla da davam edir. Və hər kəs də artıq bilir ki, yeganə düzgün yol hərbi yoldur.

Danışıqlara da dəvət edirlər, Moskvada nazirlər görüşdü, bu gün Amerikada görüşlər olacaq. Hər halda, Azərbaycanın mövqeyi aydındır. Bizim torpaqlarımızdan çıxsınlar. Əgər çıxmırlarsa, biz hərbi əməliyyatlarıl davam edəcəyik. Əgər çıxırlarsa, hə, onda nələrisə müzakirə etmək olar. Erməni tərəfi özünü həmişə sülhpərvər kimi göstərirdi. Hərbi əməliyyatlar başlayandan sonra başlayıblar davakar mövqe sərgiləməyə. Paşinyan artıq məsələnin diplomatik yolla həll olunmayacağını deyir. Elə bizə də onun bu mövqeyi lazımdır.

Dünən Putinin “Valday” qrupunun toplantısındakı çıxışını da gördük. Azərbaycan öz torpaqlarının işğal altında qalmasına dözə bilməz. Türkiyə faktoru da ciddi bir faktordur. Azərbaycana dəstək verir və eyni zamanda regionda öz mövqeyini ortaya qoyur. Türkiyənin bu mövqeyilə Rusiya da, digər dövlətlər də hesablaşırlar. Xüsusilə vurğulamaq istəyirəm ki, Paşinyan öz xalqını müharibəyə səsləyir. O, axı Ermənistanın baş naziridir?! Dağlıq Qarabağın əhalisini müharibəyə çağıra bilməz. Bu hərəkətilə o, özünü bütün beynəlxalq normalardan kənarda qoyur. Və hesab edirik ki, Beynəlxalq təşkilatlar Ermənistanla bağlı öz mövqeyini ortaya qoymalı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı üzvlükdən çıxarmalıdır. Əgər bu baş versə, Azərbaycanın əl-qolu daha da açılacaq. Ermənistan bu təşkilatın üzvlüyündən istifadə edib Rusiyaya arxalanır.

Azərbaycan bu illər ərzində Rusiyanın mövqeyini müəyyənləşdirdi, digər dövlətlərin mövqeyini ən azından neytrallaşdıra bildi. Bugünkü müharibəyə münbit şərait yarada bildi. Daxili şəraitimiz isə çoxdan buna hazır idi. Amerikanın regionda Rusiyanın möhkəmlənməməyini istəməyi, İsrailin İranla olan münasibətləri, hamısı bizim leyhimizə işlədi.

İnanırıq ki, bütün bunlarla birlikdə tezliklə işğalda olan torpaqlarımızın hamısı azad olunacaq.

 

Eminquey

 

Digər Xəbərlər