adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Oktyabr 2020 12:25
23171
DÜNYA
A- A+

Prezident seçkiləri ərəfəsi son debat da qalmaqalsız ötüşmədi

ABŞ-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizədlərin son debatında  hazırki prezident  Donald Tramp, digər prezidentliyə namizəd Co Baydeni Rusiyadan maliyə yardımı almaqda günahlandırıb.  Maraqlıdır ki, ötən debatda Co Baydendə eyni ittihamları Trampa qarşı səsləndirmişdi.

Belə çıxır ki, Rusiya hər iki tərəfi maliyələşdirməklə “bir güllə ilə iki dovşan vurmaq” istəyir?  Debatda Rusiyaya qarşı səslənəm ittihamları şərh edən Fedarasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçov bəyan edib ki, “ Prezidemtliyə namizədlər gələcək nəsli fikirləşmək əvəzinə, gələcək seçkilərdə nəyin bahasına olursa –olsun qalib gəlmək barədə düşünürlər. Ona görə də istənilən fənddən istifadə edirlər.”

“ ABŞ-ın prezident seçkiləri həmişəki kimi müharibə meydanını xatırladır. Burda bütün vasitələrdən istifadə olunur”- deyə Kosaçov bildirib.

Debat zamanı Donald Tramp daha irəli gedərək bəyan edib  ki,  Co Bayden seçkilər ərəfəsində pulu birbaşa Putinin özündən alıb. “ Co Rusiyadan 3,5 milyon dolları Putin vasitəsi ilə alıb. Çünki o, Moskvanın keçmiş meri ilə çox yaxın münasibətdə olub.”  Daha sonra o, Baydenə: “ Sən 3,5 milyon dollar almısan, sənin ailən 3,5 miyon dollar alıb. Sən nə vaxtsa buna görə cavab verəcəksən. Sən amerikan xalqına bunu izah etməlisən. Bəlkə indi burda bunları etiraf edəsən?.”

Bayden isə öz növbəsində bütün ittihamları rədd edərək:- “Mən heç bir dövlətdən bir peni belə almamışam”- deyə cavab verib.

Rusiya Strateji İnkişaf fondunun eksperti İqor Şatrov Trampın çıxışına münasibət bidirərək deyb ki, “ Təbii ki, bu heç bir sübuta söykənməyən,  ltamamilə absurd  və qalmaqallı bəyanatdır. Aydındır ki, bu yalnız Trampın fantaziyasıdır. O, təəssüf ki, hələ Rusiyanı tam dərk eləmir, Rusiyanın siyasi səhnəsindəki personajların arasındakı fərqi münasibətləri bilmir. Tramp bu bəyanatı ilə seçkilərdə xal qazanmaq istəyir. O. Bu silahla rəqibi Baideni vurmaq istəyir”.

Noyabrın 3-də keçiriləcək prezident sekilərində iki namizəd-  Donald Tramp və Co Bayden mübarizə aparacaq. Bundan başqa senatın üçdə biri yenidın seçilməlidir. Həmçinin bir çox regionlarda eyni vaxtda qubernator seçkiləri də keçiriləcək.

 

Rüstəm Hacıyev