adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Oktyabr 2020 22:00
27211
İDMAN
A- A+

AFFA İntizam Komitəsinin qərarı ləğv edildi

Apellyasiya Arbitraj Tribunalı  “Zirə” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayətini təmin edib.

Adalet.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Bildirilib ki, AFFA İntizam Komitəsinin 06 oktyabr 2020-ci il tarixli qərarı ilə 03.10.2020-ci ildə Premyer Liqanın V turunun “Zirə” – “Neftçi” oyununda ehtiyat qapı standartlara uyğun olmadığı üçün meydan sahibi klubun 800 manat cərimələnməsi qərarı ləğv edilib.