adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Oktyabr 2020 09:48
23914
GÜNDƏM
A- A+

Düşmən Qəbələ, Siyəzən və Kürdəmirə raketlər atdı YENİLƏNİB

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az -a verilən məlumata görə, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.