adalet.az header logo
  • Bakı 18°C
21 Oktyabr 2020 11:00
13918
MƏMLƏKƏT
A- A+

Vilayət Quliyev: Bütün arzularının çin olmasını arzulayıram

Bu gün müzəffər Ordumuzun əzmlə həyata keçirdiyi BMT TŞ-nın 4 məlum, məşhur qətnaməsinin hazırlanmasında və qəbul edilməsində müstəsna xidmətləri olan həmkarım, ağsaqqal dostum, əsl milli ziyalı və dövlət adamı səfir Həsən Həsənovun (1992-1993-cü illərdə Azərbaycan Respublikasının BMT-də Daimi nümayəndəsi) 80 yaşı tamam olur. Nə yaxşı ki, Həsən müəllim bu gün də sıralarımızdadır, böyük zəhmətinin layiqli bəhrəsini görür. Ona möhkəm can sağlığı, tükənməz enerji və həyatının 60 ilini həsr etdiyi doğma Azərbaycanımızla bağlı bütün arzularının çin olmasını arzulayıram.