adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Oktyabr 2020 20:09
19318
GÜNDƏM
A- A+

Bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur - Anar Eyvazov

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.

Adalet.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur və bu, hərbçilərimizin həyatına təhlükə yarada bilər:

"Ona görə də yalnız rəsmi məlumatların yayılması məsləhətdir. Vətəndaşlardan xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar, hərbi sirr olan və təsdiqlənməmiş məlumatlar paylaşmasınlar. Azərbaycan Ordusu tezliklə torpaqlarımızı işğaldan azad edəcək. Qələbə bizimlədir".