adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Oktyabr 2020 18:25
20224
GÜNDƏM
A- A+

Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır - Müdafiə Nazirliyi

Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyatdan başqa bir şey deyil və bu məlumatın şərh olunmasına heç ehtiyac da yoxdur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a məlumat verilib.

Bildirilib ki, bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır.