adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Oktyabr 2020 22:22
25588
İDMAN
A- A+

AFFA-dan hakimi təhqir edən baş məşqçiyə sərt cəza

AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən MOİK-in baş məşqçisi Ramil Əliyevi 5 oyunluq cəzalandırıb.

Adalet.az AFFA-nın saytına istinadən xəbər verir ki, gənc mütəxəssis 2-ci turun “Turan Tovuz”la ev oyununun 55-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan kənarlaşdırılıb. Bu səbəbdən, klub 400 manat cərimələnib.

Qeyd edək ki, baş hakim Rövşən Rəcəbovun idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.