adalet.az header logo
  • Bakı 18°C
20 Oktyabr 2020 21:20
18970
MƏMLƏKƏT
A- A+

Gənclər təşkilatları arasında vətənpərvərlik istiqamətində layihə müraciətlərinin nəticələri açıqlandı

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclər təşkilatları üçün elan edilmiş vətənpərvərlik istiqamətində layihələrlə bağlı “Vətənim Azərbaycan” devizi ilə keçirilən layihə müraciətlərinin nəticələri müəyyən olunub.

Təqdim olunan layihələrin məqsədi gənc nəsil arasında vətənpərvərlik təbliğatını genişləndirən, həmçinin, mili-mənəvi dəyərlər, tariximiz, mədəniyyətimizlə bağlı maarifləndirməyə xidmət edən multimedia məhsulları, sosial videoçarxlar, qısametrajlı sənədli filmlərin hazırlanması və yayılmasıdır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında milli ordumuzun tərəfindən torpaqlarımızın erməni işğalından azad edilməsi bütün cəmiyyətimizdə böyük sevinc və coşqu ilə qarşılanmaqdadır.

Gənclər arasında müşahidə olunan yüksək milli ruh mühitinin əsasında dövlət başçısının uzun illərdir gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi prinsipi əsasında uğurla həyata keçirdiyi milli gənclər siyasəti dayanır.

Bu gün nəticələri elan edilən layihələrin də əsas məqsədi bu siyasətin həyata keçiriləməsinə gənclər təşkilatları tərəfindən töhfə verilməsinin dəstəklənməsidir.

Gənclər siyasətinin əsas prinsipləri olan gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq, nizamnaməsinin müvafiq bəndinə əsasən gənclər təşkilatları vətənpərvərlik istiqaməti üzrə animasiya, bədii film, sənədli film və ya sosial video-çarxların yaradılmasını nəzərdə tutan layihə müraciətləri müəyyən edilmiş vaxt ərzində Gənclər Fonduna təqdim edilib.

Gənclər təşkilatları tərəfindən təqdim olunan 35 layihə müraciəti arasından 20 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub. 

Layihə müraciətləri ilə bağlı məlumat müraciət edən gənclər təşkilatlarının Gənclər Fondunun elektron xidmətlər sistemindəki şəxsi kabinetinə yerləşdirilib.