adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Oktyabr 2020 12:17
32546
DÜNYA
A- A+

“MOSKVANI VURA BİLƏCƏK TOPLARIN”  MAKETİ

ABŞ-ın yeni oyunu

 

Ötən əsrin 80-ci illərində ABŞ-ın “Ulduzlar arası” müharibəsi ideyası yadınızda olar. SSRİ-ni avantüraya çəkərək milyardlarla dollar havaya xərclətməyə məcbur etməsi və digər bu tipli uydurma layihələri ilə onu iqtisadi cəhətdən çökdürərək məhvə uğratması hələ yaddaşlardadır.

 

Amerikanın “Popular Mechanies” jurnalında dərc olunan məqaləyə münasibət bildirən “Komsomolskaya Pravda”nın hərbi şərhçisi Viktor Baranes bildirir ki, məqalədə qeyd olunub ki, “ABŞ Hərbi qüvvələri daha uzaqvuran strateji Strategic Long Range Cannon (SLRC) super toplarla təhciz olunacaq”.

Məqalə müəllifləri təsdiq edirlər ki, yeni super toplar 1850 km-dən uzaq məsafədə yerləşən maniəni məhv edə bilər. Bu isə hazırda istifadə olunan topların atış məsafəsindən demək olar ki, 50 dəfə çoxdur. ABŞ-da bu super topların meydana gəlməsi yeni “Montana” tipli linkornların hazırlanması ideyasına gəlməlidir  (40-cı illərdə amerkanlar 5 belə gəmi hazırlamaq istəyirdi, amma sonra arteleriyanın effektivliyi şübhə doğurduğu üçün bu layihənin həyata keçirilməsindən imtina edildi). Müəlliflər daha uzağa gedərək belə qənaətə gəlirlər ki, “Şimal okeanından qərbi Rusiyanı, hətta Moskvanın özünü  belə hədəfə ala bilərlər”.  

“Hələ Moskva nədir, Hind okeanından Pakistanın bir hissəsini, Əfqanıstanı, İranı, Yəməni və Somalini də vura bilərlər”- deyə iddia edən jurnal qeyd edir ki, linkorn 4 SLRC topu daşıya bilər. Bu topların sınağına 2023- cü ildə başlayacağı bildirilir.

“Əsəbləri qıcıqlandıran” bu xəbəri şəhr edən artileriya üzrə tarixçi, texniki elmlər doktoru Andrey Şapoşnikov bidirir ki, “ amerikanın bu cəsarətli planlarından çoxdan xəbərdardı. Konstruktorlar hələ ki, daha uzaq məsafəli topların yalnız nümunəsini hazırlamaq istəyirlər. Real silahın yaradılması üçün hələ çox vaxt lazımdir. “Bildiyim qədər amerikanlar yalnız bu topların maketini hazırlayıblar. SLRC layihəsinin müəlliflərinin hazırlayacaqları mobil topların strateji uçuş məsafəsi ən azı 1850 km olacağı nəzərdə tutlur”.

Mütəxəsislərin fikirincə ABŞ çoxdan 80 km-lik məsafəyə zərbə endirmək üçün toplar hazırlamaqla məşğuldu. Amma hələki nailiyyətləri qənaətbəxş deyil. Daha uzaq məsafəli topların hazırlanması üçün isə, yüksək texnoloqiyalardan istifadə etməklə yüksək mühəndislik bacarığı tələb edir. Həmçinin hətta yüksək effektli toplar adi mərmini min mil uzağa apara bilməz. Bunun üçün xüsusi mərmilər hazırlanmalıdır. Necə deyərlər, “öz mühərriki ilə idarə olunan reaktiv mərmi”. Beləliklə bu cür xarakteriskaya malik belə bir texnoloji  SLRC-nin hazırlanması ya mümkün deyil, ya da çox çətindir. Hələki bu  “ambisioz amerikanların nağıllarıdı”. Birdə ki, super toplar yaxın məsafəli raketlərin qarşısında heç bir üstünlüyə malik deyil.

Rusiyalı hərbi şərhçi Viktor Baranes də daha əvvəlki məqaləsində qeyd etmişdir ki, bir neçə raket daşıya bilən  müasir dronların qarşısında ən yüksək texnologiyalı hərbi gəmilər də artıq effektini itirməkdədi.

“ABŞ-ın 40-45 km məsafəli toplarının lüləsi ən çoxu 250 mərmi atandan sonra dəyişdirilir. Yüksək istiliyə dözümlü metallardan hazırlanan lülələrin biri bir milyon dollara başa gəlir. 40-50 dəfə daha uzaq məsafəli top lülələri isə uzaq başı 10 mərmidən sonra dəyişdirilməlidi. Və nəzərə alınalıdır ki, bu məsafəyə uça biləcək mərmilərin hazırlanması üçün neçə milyon dollar vəsait lazım olacaq, onda qoy amerikanlar özlərinin baş ağrısı üçün çalışsınlar”- deyə rusiyalı mütəxəsislər bidirir.

 

Ruscadan tərcümə:

Rüstəm Hacıyev