adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Oktyabr 2020 10:40
26922
MƏMLƏKƏT
A- A+

İki cəbhədə döyüşənlər: Pandemiya və erməni terroruna qarşı ...

Artıq 24 gündür ki, Azərbaycan xalqı böyük, amma şərəfli bir imtahan verir. Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq uğurla və sürətlə davam etməkdədir.

 

Terrorçulara qarşı

 

Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükləri xalqda böyük ruh yüksəkliyi yaradıb. Buna baxmayaraq, nanəciblikləri, namərdlikləri, vəhşilikləri ilə dünyada analoqu olmayan bir toplumun əməllərinin insanlığa qarşı yönəldiyinin fərqindəyik. Çünki işğalçı ölkənin silahlı qüvvələri dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri ağır artilleriyadan atəşə tutur. Demək olar ki, hər gün təmas xəttində yerləşən Tərtər, Goranboy, Ağcabədi, Ağdam və digər təmas xəttindən uzaq şəhərlərə Ermənistan ağır artilleriyadan atəş açır. Bu atəş nəticəsində 40-a yaxın vətəndaşımız həlak olub, yüzlərlə soydaşımız yaralanıb, üç minə yaxın ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan dəyib. Ağdam bölgəsində, təmas xəttində yaralanan əhali- dinc sakin həyatını ağdamlı həkimlərin şəfalı əllərinə etibar edir. Məsələn, Ağdam rayonunun Mirəşelli kənd sakini 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi. Eşqinin qarın boşluğundan keçən və qolundan aldığı qəlpə yaraları ağır olsa da, dərhal əməliyyata götürüldü, qəlpələr çıxarıldı, həkimlərimiz onun həyatını xilas etdi.Hazırda E. Abdullayevin həyatı üçün heç bir təhlükə yoxdu.

Bir sözlə, Ali Baş Komandanın sözü ilə desək, ancaq bu olanlar, ermənilərin bu namərd hərəkətləri Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz.

Bilirsiniz ki, qadınların qocaların , uşaqların təmas xəttindən, daha doğrusu mütəmadi mərmi atəşlərinə məruz qalan ərazidən müvəqqəti olaraq kənar rayon və kəndlərə sığınmasının vacibliyi müharibənin gedişatının zəruriliyindən irəli gəlir. Bu səbəbdəndə, ümumi sığınacaqlarda, məktəblərdə, uşaq baxçalarında təmas xəttindən gələn əhali kompakt şəkildə məskunlaşıb. Ordumuzun tam qələbəsindən sonra yenidən öz evlərinə dönəcək, təsərrüfatları ilə rahat məşğul olacaqlar. Həmin günə çox az vaxt qaldı!

 

Yenidən pandemiya...

 

Hələlik isə qeyd edək ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması ilə bağlı növbəti dəfə mövcud sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb. Bu üzdən xüsusi karantin rejimi çərçivəsində Ağdam rayonunda da bir sıra tədbirlər həyata keçirilməkdədir. Hətta ötən pandemiya dövründə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, rayon polis şöbəsinin rəisi Pərviz İsmayılov, rayon prokuroru Vasif Süleymanov mobil qrupun üzvləri ilə birlikdə

Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirədə verilən tapşırıqlara uyğun olaraq rayon ərazisində reydlər keçirdilər. Onlar sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparmışdılar.

Sakinlərə xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, gigiyenik qaydalara düzgün riayət olunması tövsiyyə olunmuşdu.

Karantin qaydalarına əməl etməyənlərin haqqında ciddi şəkildə inzibati cəza tədbirləri görüləcəyi diqqətə çatdırılmışdı. Qeyd edək ki, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4-5 nəfər olmaqla 18 mobil qrup fəaliyyət göstərib.

Bundan başqa Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində mütəmadi olaraq reydlər davam etdirilir. 

 

İki cəbhədə döyüşənlər

Ağdam Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə ərazidə yerləşən bütün evlərdə, sığınacaqlarda, məktəb və uşaq baxçalarında yerləşdirilmiş dinc əhali mütəmadi olaraq, Ağdam Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyası həkimləri tərəfindən nəzarətdə saxlanılır, müayinələr, laboratoriya analizləri aparılır. Xəstələr xüsusi karantinə alınır və müəyyən tədbirlər aparılır. Ağdam Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının həkimi Səadət Feyziyeva bizimlə söhbətlə bildirdi ki, həkimlərimiz hələ müharibə başlamamışdan əvvəl də gücləndirilmiş iş rejimində işləyirdilər və rayon ərazisində COVİD-19 virusuna yoluxduğu güman olunan xəstələrdən yaxma götürüb xüsusi laboratoriyaya aparmaq, vaxtında əhalinin sağlamlığının qayğısına qalmaq boynumuzun borcudur:” Bizim həkimlər- stansiyanın bütün əməkdaşları artıq iki cəbhədə döyüşürlər. Baxmayaraq ki, özümüzə də həyatı təhlükə yarana bilər. Bununla belə hər zaman öz peşə fəaliyyətimizi şərəflə və nöqsansız yerinə yetirməyəçalışırıq.

Azərbaycan Ordusu tərəfindən Ermənistanın silahlı qüvvələrinin işğalçılıq niyyətlətinin qarşısının alınması qürurverici bir haldır və eyni zamanda cəbhə bölgəsində yaşamaq da, işləmək də olduqca çətin, həm də şərəflidir. Burada adamların bir xo şsözə,isti baxışada ehtiyacıvar.Bunu doğma mövqedən yüksək dəyərləndirən Ağdamın səhiyyə nümayəndələri rayon əhalisində nöz şəfqətlərini əsirgəmir, hər birxəstənin dərdinə dərman,hər biryaralının yarasına məlhəm olmaqdan məmnundurlar.

 

Əntiqə Rəşid

“Ədalət”qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri