adalet.az header logo
  • Bakı 21°C
19 Oktyabr 2020 21:22
27946
İDMAN
A- A+

Messi, Ronaldo və Robben namizədlər sırasında

"France Football" jurnalı dünyada bütün dövrlərin ən yaxşı sol və sağ cinah hücumçusu adına namizədlərin adını açıqlayıb.

Qol.az xəbər verir ki, jurnalistlərin 10 nəfərlik siyahısında müasir dövrün sol cinah hücumçularından təkcə Kriştiano Ronaldo, sağ cinah hücumçularından Lionel Messi və Aryen Robben yer alıb.

Ən yaxşı sol cinah hücumçusu adına namizədlər: Oleq Bloxin (SSRİ), Rivaldo (Braziliya), Kriştiano Ronaldo(Portuqaliya), Roberto Rivelino (Braziliya), Draqan Djaiç (Yuqoslaviya), Ronaldinyo (Braziliya), Rayan Qiqqz (Uels), Karl-Hayns Rummeniqqe (Almaniya), Tyerri Anri (Fransa), Xristo Stoiçkov (Bolqarıstan)

Ən yaxşı sağ cinah hücumçusu adına namizədlər: Devid Bekhem (İngiltərə), Jairzinyo (Braziliya), Corc Best (Şimali İrlandiya), Kevin Kiqan (İngiltərə), Samuel Eto'O (Kamerun), Stenli Metyuz (İngiltərə), Luiş Fiqu (Portuqaliya), Lionel Messi (Argentina), Qarrinça (Braziliya), Aryen Robben (Niderland)