adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Oktyabr 2020 20:24
22669
DÜNYA
A- A+

Ayətullah Məkarim Şirazi Qarabağın işğalına son qoymağa çağırış etdi

İranlı din xadimi ayətullah Nasir Məkraim Şirazi müsəlmanları Dağlıq Qarabağın erməni işğalından azad edilməsini dəstəkləməyə çağırıb.

Bu barədə din xadiminin rəsmi saytında məlumat yerləşdirilib.

Ayətullah əlavə edib ki, Dağlıq Qarabağın uzun illər işğalından sonra regionda yenidən müharibə başlayıb və günahsız insanların qanı tökülür.

“Bütün bunlarla bağlı işğalçı ölkə Ermənistan məsuliyyət daşıyır. İstənilən vasitəçilik, müzakirə və həll Azərbaycan ərazilərinin tam azad edilməsinə gətirib çıxarmalıdır”, - deyə M.Şirazi bildirib.

Bundan əlavə Nasir Məkarim Şirazi bildirib ki, xristianlar da həmçinin, Ermənistan hakimiyyətini öz vəzifəsini yerinə yetirməyə və Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmalıdırlar.