adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Oktyabr 2020 14:02
36495
ANALİZ
A- A+

Nurida Allahyarova: Qadınlarımız ərlərinin bədəni toxunan məzarı da iyindən hiss edirmiş!

Zabitimiz danışır. Deyir 93-də 2 yaşım vardı Füzuli işğal olunanda. Atamı 92-də itirib, elə ordaca dəfn etmişdik. Qardaşlarım böyük idi məndən. 2007-ci ildə böyük qardaşım bizlə məsləhət etdi ki, bəs anamı bir az rahatlatmaq üçün gəl deyək ki, beynəlxalq təşkilatlar vasitəsilə atamın nəşini Bakıya köçürürük. Yaşlı arvaddır qoy rahat olsun. Gözü yığılsın yollardan. Elə də etdik. Burda bir qəbir düzəltdik. Anam hər həftə gedirdi ora. Bu ilə qədər elə həftə olmamışdı getməsin. 20 gün əvvəl zəng etdim evə, hamıyla hal əhval tutub, halallıq aldım. Anam qayıtdı ki, "Füzuliyə çatsan atanın qəbrinə get, de ki, burda yalançı daşıyla ovunmuşam, orda məzarına gələcəm"... Anam yalanımıza 13 il inandığını göstərib. 

 

P.S. Bizim qadınlar ərlərinin bədəni toxunan məzarı da iyindən hiss edirmiş!

Digər Xəbərlər