adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Oktyabr 2020 12:21
32573
HADİSƏ
A- A+

Qazax sakinində silah aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 40 yaşlı Elmir Qocayev rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “TT” tipli tapança,və həmin tapançaya məxsus 2 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.