adalet.az header logo
  • Bakı 11°C
19 Oktyabr 2020 10:25
34728
MƏDƏNİYYƏT
A- A+

“Aylarla zirzəmidə qalmışıq” - MÜHARİBƏ GÜNLƏRİNDƏN DANIŞDI

“Müharibə başlayandan Ordumuza da dəstəyəm, Ali Baş Komandanımıza da. İnanın ki, sentyabrın 27-dən normal yatmıram. Yuxum ərşə çəkilib. O vaxtdan ancaq dua edirəm. Dua edirəm ki, Allah xalqımızı, Ordumuzu qorusun. “İnstagram” səhifəmdə də aktivəm. Hara nə lazımdırsa, göndərirəm. Nələri paylaşmaq lazımdırsa, paylaşıram. Erməni haqsızlıqlarına, erməni terrorlarına son qoyulsun, istəyirəm. Şuşada dünyaya göz açmış, Qarabağlı bir vətəndaş kimi haqlarımızı istəyirəm. Çox qarışıq duyğular içərisindəyəm. Bilmirəm, sevinim, bilmirəm, ağlayım. Qələbə xəbərlərini alarkən sevindiyimiz anda bu terrorçu ermənilər sevinməyə də qoymurlar. Deyim ki, həyatımda yaşamadığım bir hiss yaşayıram. 30 ilə yaxındır ki, bu günləri gözləyirdim. Qarabağdan, Şuşadan olan insanlar məni daha yaxşı başa düşər. Şuşanı istəyirəm”.

Bu sözləri “Ədalət” qəzetinə açıqlamasında Xalq artisti Firəngiz xanım Mütəllimova söyləyib:

“Erməni vandalları Gəncədə, başqa şəhərlərimizdə terror aktları həyata keçirir. Mən daxil olmaqla ailəm onları Şuşada çox yaşamışıq. Aylarla qışın soyuq günlərində zirzəmidə qalmışıq. Bu günlərdə Gəncə əhalisinin nələri yaşadığını çox gözəl bilirəm. Günahsız insanların nələr çəkdiyini yaxşı bilirəm. “İnstagram” səhifəmdə bütün ali qurumlara müraciət etmişəm. Gəncədəki günahsız insanların yaşadıqlarını əks etdirən görüntüləri BMT daxil bir neçə təşkilata göndərmişəm.

Yaxşı xatırlayıram, 1991-ci ildə atamın 60 yaşı tamam olurdu, onda mən də Şuşada idim, hər kəs atamın ad gününə yığılmışdı. Məclisin ortasında birdən atəş başladı. Təsəvvürünüzə gətirin, biz hamımız zirzəmiyə qaçdıq. O hadisəni yaşayanda şokda idim. Dəhşət bir şeydir. Allah heç kimə göstərməsin. Bomba səsləri elə pisdir ki. Dinc əhaliyə qarşı o cür vandal hərəkətləri yalnız qaniçən ermənilər edə bilər. Erməniləri çox yaxşı tanıyıram. Keçmişdə axı birlikdə yaşamışıq. Çox mundar məxluqdurlar, terrorçudurlar da. Onların hər birini Qarabağdan iti qovan kimi qovmaq lazımdır. Hamısını ha, hamısını qovmaq lazımdır.

Şuşanın işğaldan azad olunması xəbərini həsrətlə gözləyirəm. Tək mən yox, hər bir Azərbaycan vətəndaşı gözləyir. Çünki Şuşa alınsa, ermənilərin orada izi-tozu da qalmayacaq.

Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Uşaq olanda Şuşada çox günlərim keçib. Turistlər tez-tez Şuşaya gəlirdilər. Qarabağ görün necə əzəmətli bir yerdir ki, Aleksandr Düma Fransadan Xurşidbanı Natəvanı görmək üçün Qarabağa gəlib. İndi görün ki, Qarabağ necə bir yerdir. Bizim ən gözəl muğam ifaçılarımızın, musiqiçilərimizin, bəstəkarlarımızın əksəriyyəti Qarabağdan olub. Mənim elə uşaqlığım onların ev muzeylərini gəzməklə keçib. Allah ermənilərin bəlasını versin, bizi o torpaqlardan didərgin saldılar. Amma unutmayın, haqq öz yerini tapır. Allah səbr edəni sevir. 30 ilə yaxındır, səbr edirdik. Nəhayət ki, ədalət bərqərar olur. Allah Ali Baş Komandanımıza can sağlığı versin. İnşaAllah ki, mənimlə Cıdır düzündə görüşərsiniz, orada mən içimdən gələn fikirləri deyərəm və siz də qələmə alarsınız. Allah bizə yalnız qələbə müjdəli xəbərləri eşitməyi nəsib etsin”.

Rövşən Tahir