adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Oktyabr 2020 13:09
78981
HADİSƏ
A- A+

Ermənilərin növbəti Gəncə terroru nəticəsində 3 uşaq ölüb, 5-i xəsarət alıb - Baş Prokurorluq

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəinə tutması nəticəsində ölənlərdən 3 nəfəri azyaşlıdır.

Bu barədə Adalet.az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində 13 nəfər həlak olub. Onlardan 3 nəfəri azyaşlı, 4 nəfəri qadın, 6 nəfəri isə kişidir. Hadisə nəticəsində 48 nəfər ağır xəsarətlər alıb ki, onlardan 23-ü kişi, 20-si qadındır. Xəsarət alanların 5 nəfəri isə azyaşlıdır.