adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Oktyabr 2020 20:33
31030
İQTİSADİYYAT
A- A+

Magistral qaz və neft kәmәrlәri ilә nәqletmələrin həcmi açıqlanıb

Magistral qaz kәmәrlәri ilә 21 milyard 515,5 milyon kub-metr qaz nәql edilib.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, әvvәlki ilin müvafiq dövrünә nisbәtәn bu sahədə 8 faiz artım müşahidә olunub.

Qaz nәqli 40,6 faizi Bakı Tbilisi-Әrzurum Cәnubi Qafqaz boru kәmәri vasitәsilә hәyata keçirilib vә 8 milyard 736,2 milyon kub-metr qaz ötürülüb.

Magistral neft kәmәrlәri ilә 26 milyon 577,4 min ton neft nәql edilib. Nəqletmәnin 79,6 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kәmәri ilә hәyata keçirilib.

Cari ilin yanvar-sentyabr ayları әrzindә bu kәmәr vasitәsilә 21 milyon 146,9 min ton neft ötürülüb. Dövr әrzindә BTC kәmәri ilә 3 milyon 53,2 min ton tranzit nefti dә nәql edilib.