adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Oktyabr 2020 12:31
65158
ƏDƏBİYYAT
A- A+

Sizə zəfər gətirəcəyik - Zahir Əzəmətin şeiri

sizə zəfər gətirəcəyik

bizə məktub yazın heç olmasa

sətirlərdən ürəyiniz boy versin

səbirlə dinləyin şikəst qayıdan

əsgər yoldaşlarımızın gecə sayıqlamalarını

üz çevirib getməyin uşaqlarımız dilənəndə

su verin

çörək verin!

atalarımıza siqaret

analarımıza ürək dirək verin…

 

sizə zəfər gətirəcəyik

bizə barıt qoxusu dadmayan

səhər saxlayın

bir az günəş

bir az dəniz…

bir az da soyuq xırdalan pivəsi

şəxsən mənim üçün

və sevməyin ay əclaflar

bizi gözləyən qadınları...