adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Oktyabr 2020 11:40
32634
ELM VƏ TƏHSİL
A- A+

Nazirdən orduya könüllü gedən tələbələrlə bağlı açıqlama

Orduya könüllü gedən tələbələr sağ-salamat qayıtdıqdan sonra təhsilini davam etdirəcəklər. Bununla bağlı bəlli prosedurlar var.

Adalet.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin müvafiq sərəncamı ilə bağlı ötən semestrdə sosial baxımdan həssas olan ailələrin tələbələrinin təhsil haqqısı dövlət tərəfindən ödənildi.

“Hazırda ikinci semestr üzrə də işlər aparılır. Oktyabrın sonu, noyabrın əvvəlində bu ödəniş ediləcək. Bu, 12 min tələbəni əhatə edəcək. Bu il birinci kursa gedən və həmin kriteriyalara cavab verən tələbələr yenidən müraciət edə bilərlər. Prinsipcə həmin tələblərə də köməkliyinin edilməsi nəzərdə tutulur. Bununla bu semstrdə 15 mindən çox tələbənin maliyyələşməsini planlaşdırırıq”.