adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Oktyabr 2020 11:16
28164
ELM VƏ TƏHSİL
A- A+

"Noyabrın 2-dən təhsili davam etdirəcəyik" - Emin Əmrullayev

Təhsil Nazirliyi hər gün gündəlik əsaslarla məktəblərdə yoluxan şagird və müəllimlərlə bağlı ictyimaiyyətə məlumat verir. Bu məlumatlar məsələni diqqətdə saxlamağa imkan verirdi. Sentyabrın 15-dən oktyabrın 5-ə qədər 2 məktəbdə qapanma qeydə alınmışdısa, son günlər 10-15 məktəb bağlanmaq qərarı vermək məcburiyyətində idi.

Adalet.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, yoluxma sayının 500-ü keçməsi gün ərzində daha çox sayda məktəbin bağlanmasına səbəb ola bilərdi.

“İnanıram ki, məhdudiyyətlər nəticəsində noyabrın 2-ə qədər yoluxma sayının azalmasına nail ola bilərik. Noyabrın 2-dən başlayaraq bu və ya digər formada təhsili davam etdirəcəyik”.