adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Oktyabr 2020 22:45
42796
İDMAN
A- A+

UEFA prezidenti Qarabağ münaqişəsindən danışdı

UEFA prezidenti Aleksandr Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikrini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, o, Danimarkanın "Sportschau" nəşrinə müsahibəsində bildirib ki, rəhbərlik etdiyi qurum vəziyyətin yaxından izləyir. Şeferin münaqişənin detalları haqda məlumatlı olmadığını da söyləyib: “Biz siyasi qurum yox, idman təşkilatıyıq. Siyasi mübarizəyə qoşulmaq istəmirik. Bir neçə həftə əvvəl başladığından, bu da bizim üçün yenilikdir. Bu, kədərli məsələdir və ümidvaram ki, məsələ sülh yolu ilə həll ediləcək".

Jurnalist Daqlıq Qarabağdakı münaqişənin gələn Bakıda keçirilməsi nəzərdə tutulan “Avro-2020”nin matçlarına təsir edib-etməyəcəyi ilə də maraqlanıb: “Bu haqda nəsə demək çətindir. Nəzəri baxımdan Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. İstədiyimizi edə bilərik. Problem ondadır ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdır. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik".