adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Oktyabr 2020 22:00
39339
İDMAN
A- A+

Ronaldonun durumu açıqlandı

Koronavirusa yoluxan "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turinə qayıdıb.

Qol.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Portuqaliya millisinin heyətində virusa yoluxduğu aşkarlanan 35 yaşlı hücumçu Turində 10 günlük karantinə alınacaq. Onda virusun simptomlarının olmadığı bildirilib.

Ronaldonun A Seriyasının növbəti turunda "Krotone" ilə matçı və Çempionlar Liqasının qrup mərhələsində Kiyev "Dinamo"su ilə oyunu buraxacağı dəqiqdir. Onun A Seriyasında "Verona" və ÇL-də "Barselona" ilə matçlarda iştirak edib-etməyəcəyi isə hələlik bəlli deyil.

Qeyd edək ki, UEFA-nın reqlamentinə əsasən oyunun keçirilməsinə ən azı 7 gün qalmış futbolçunun koronavrus testi mənfi olmalıdır. "Yuventus" "Barselona" ilə oktybarın 28-də qarşılaşacaq.