adalet.az header logo
  • Bakı 18°C
14 Oktyabr 2020 20:45
28388
ELM VƏ TƏHSİL
A- A+

21 şagirddə koronavirus aşkarlanıb

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Adalet.az-a bildirilib ki, 15 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 21 şagird və 12 işçidə koronavirus aşkarlanıb.

Ötən gün 3 sinif və 7 məktəb distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə 30 məktəb, 55 sinifdə əyani tədris dayandırılıb və distant təhsilə keçirilib.