adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Oktyabr 2020 20:45
31331
İQTİSADİYYAT
A- A+

BP: “Cənub Qaz Dəhlizinin səhmdarı olmaqdan qürur duyuruq”

SOCAR-la birlikdə biz təxminən 3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi dəyər zəncirinin bütün nəql komponentlərinin səhmdarı olmaqdan qürur duyuruq.

“BP Azərbaycan” Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin tikintisinin sona çatması ilə əlaqədar açıqlama yayıb. 

Bildirilib ki, BP səhmdar şirkət olaraq, Azərbaycanın və digər aidiyyətli hökumətlərin, Avropa Komissiyasının, dövlət və özəl sektordan olan maraqlı tərəflərin və bir sıra beynəlxalq maliyyə qurumlarının Cənub Qaz Dəhlizinin işlənməsi, tikintisi və Avropaya qaz nəqli komponentlərinin  birləşdirilməsi üçün uzunmüddətli səylərinin uğurla başa çatması haqqında Trans Adriatik Boru Kəmərinin (TAP) dünənki (12 oktyabr) açıqlamasını alqışlayır.

“TAP-ın və bu ilin noyabr ayında “Snam Rete Gas” tərəfindən başa çatdırılması planlaşdırılan birləşdirici boru kəmərinin istismar sınaqları “Şahdəniz” konsorsiumuna imkan verəcək ki, Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstandakı müştərilərə 25 il müddətinə təbii qaz təchizatına planlaşdırıldığı kimi 2020-ci ilin sonunadək başlamaq üçün son işləri yekunlaşdırsın.  

Bu yeni qaz nəqli sistemi Azərbaycan Respublikasına imkan verəcək ki, alternativ enerji mənbəyi təmin etməklə Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təklükəsizliyinin güclənməsinə bundan sonra da töhfələr versin”, - deyə məlumatda bildirilib.