adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Oktyabr 2020 14:07
35264
MƏDƏNİYYƏT
A- A+

Qarabağdakı qədim kurqanlar hərbi məqsədlər üçün istifadə edilir - Memarlıq və İncəsənət İnstitutu

Qarabağ bölgəsində yerləşən Qaraköpəktəpə, Üzərliktəpə və s. kurqanlar hazırda hərbi məqsədlər üçün istifadə edilir.

Bunu Trend-ə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Babaşov deyib.

Onun sözlərinə görə, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl və Füzuli rayonlarındakı qəbiristanlıqlar, türbələr, məscidlər düşmən səngərlərinə çevrilərək qəsdən məhv edilir.

Alim əlavə edib ki, Qafqaz Albaniyasına məxsus abidələr isə çox ustalıqla rekonstruksiya olunaraq erməni memarlığına uyğunlaşdırılır.

R.Babaşov bildirib ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri qalıb. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalıb. İşğal zamanı təkcə Şuşada 8 muzey, 31 kitabxana, 17 klub və 8 mədəniyyət evi tamamilə dağıdılıb. Eyni zamanda Şuşa filialı olan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti və Qarabağ Tarixi muzeyinin 1000-ədək, Ağdam tarix-diyarşünaslıq muzeyinin 2 min, Qubadlı tarix-diyarşünaslıq muzeyinin 3 mindən çox, Zəngilan tarix-diyarşünaslıq muzeyinin 6 min, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeylərinə məxsus küllü miqdarda eksponatlar qarət edilərək Ermənistana daşınıb.

Lakin Qafqaz Albaniyasına məxsus abidələr çox ustalıqla rekonstruksiya olunaraq erməni memarlığına uyğunlaşdırılır.