adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Oktyabr 2020 15:19
45318
MƏDƏNİYYƏT
A- A+

“Allah Ordumuzu qorusun” - AÇIQLAMA

 “Erməni vandalları barəsində nə söyləsək, azdır. Bəzi insanlar ermənilərin etdiklərindən təəccüblənir, amma təəcüb olunası heç nə yoxdur. Erməni vandalizmi, vəhşiliyi, xainliyi, satqınlığı nə zaman olmayıb ki, biz indi buna təəccüblənək? Xocalı soyqırımını törədən bir tayfadan başqa nə gözləmək olar ki? Bunların hələ gücü çatmır, bir raket ora atırlar, bir raket bura atırlar, gör güclü olsalar, nə edərlər?!

İmkanları olsa, nüvə silahı ilə dünyanı dağıdarlar. Yəni ermənilər insanlığa qarşı düşmən, bütün xalqların paxıllığını çəkən, bütün dünyanı fəth etmək istəyən, dənizdən dənizə adlanan xaraba bir məmləkət yaratmaq xülyası ilə yaşayan bir tayfadırlar. Ermənilərin kökünü kəsmək lazımdır. Bunlara silah verən, it kimi onun-bunun üstünə kıskırdan böyük qüvvələr var. Statusumda da yazmışdım ki, ilanın ən böyük yuvası Moskvadır. Açıq şəkildə söyləmək lazımdır ki, Rusiya “Şər imperiyası”dır. Bütün millətlərə, bütün xalqlara, bütün məmləkətlərə, ilk növbədə, rus xalqının özünə düşmən kəsilən imperiyadır. Hər zaman o xalqlara, millətlərə düşmən olub. Çarizmində də belə olub, Sovetlər Birliyi zamanında da belə olub, mübarək olmamış müstəqillik dövründə də belədir. O vaxt Reyqan elə düz adlandırmışdı, SSRİ şər imperiyasıdır. SSRİ indiki Rusiyanın yanında toya getməli idi. Orada beynəlxalq humanizm, xalqların dostluğu və s. kimi məsələlər var idi. İndi Rusiya hegemon olmaq iddialarını gizlətmir. Rusiya deyir ki, qoymaram, sakitlik olsun, mütləq hər yanda tüstülənən ocaqlar olmalıdır. Başqalarının bədbəxtliyi üzərində öz hökmranlığını həyata keçirir. Bu tarix boyu belə olub”.

Bu sözləri “Ədalət” qəzetinə açıqlamasında Azərbaycan Kinomatoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib:

“Erməni kimdir ki, şərt irəli sürsün? Kimdir ki, erməni başqalarının torpağını işğal eləsin? Ermənistanda bu saat heç 2 milyon adam yoxdur. Hamısı qaçıb gedib. Ermənistan çörəyə pul tapmır, bəs bu silahları hardan alır? Çox yaxşı bilirik ki, bu silahlar haradan gəlir. Bu hamıya gün kimi aydındır. Bu gün bütün dünya bilir ki, haqq və ədalət kimin tərəfindədir. Təcavüzkar kimdir, işğalçı kimdir, bunu hamı bilir. Sadəcə bunu görmək istəməyən, özlərini korluğa qoyan dövlətlər var. Mirzə Cəlilin çox gözəl sözləri var, qanmayanı qandırmaq asandır, lakin qanmaq istəməyəni qandırmaq mümkün deyil. Qanmaq istəməyən həqiqətə gözlərini yumacaq, həqiqət eşidəndə qulaqlarını kar edəcək və susacaq. Biz artıq bilirik ki, kim kimdir? Düzdür, bunu çoxdan bilirdik, amma bugünkü vəziyyətdə bu tam aydınlığı ilə məlum oldu. Dəfələrlə demişəm ki, bizim məmləkətimizdə bugünkü kimi birlik görməmişəm. Bu gün yalnız Azərbaycan Ordusu yoxdur, bu gün 10 milyonluq Azərbaycan xalqı var, 10 milyonluq Azərbaycan Ordusu var. Hər kəs bir əsgərdir və bu cür birliyə qalib gəlmək mümkün deyil. Kim gəlir gəlsin, bu birliyi parçalamaq mümkün deyil.

Ermənilərə yazığım gəlir. Baxın bir insan ömrü nə qədərdir? 60 il, 70 ildir də. Bunlar ancaq ömürlərini məkrlə, ona-buna yaltaqlanmaqla, Cənab Prezidentin də dediyi kimi, onun-bunun dabanını yalamaqla keçirirlər. Ay bədbəxt uşaqları, bəs siz kiminsə qulu olmadan nə zaman yaşayacaqsınız? Allah sən, erməniyə bir ömür verib ki, yaşa və cəhənnəmə vasil ol, bu dünyadan get.

Dünyanın ən böyük təşkilatı BMT 30 ilə yaxındır ki, verdiyi qərarların yerinə yetirilməsi üçün heç bir iş görmürsə, artıq beynəlxalq birlikdən heç nə gözləmək olmaz. Bu gün hamı güclə hesablaşır. İnşaAllah ki, Dövlətimiz bu müharibədən qalib çıxacaq. Mən Azərbaycan Ordusuna inanıram. Allah Ordumuzu, xalqımızı, Dövlətimizi qorusun”.

Rövşən Tahir