adalet.az header logo
  • Bakı 19°C
10 Oktyabr 2020 22:23
82341
MARAQLI
A- A+

Aldığı əraziyə baxış keçirərkən içərisində insan qalıqları olan 300 çuval aşkarladı - FOTO

Aldığı qəsrin ərazisinə baxış həyata keçirən sahibkar müəssisədə içərisində insan qalıqları olan 300 çuval aşkarlayıb.

“RİA Novosti”nin məlumatına görə, dəhşətli tapıntı Rusiyanın Kalinqrad şəhərində almanlara məxsus “Ştayn” istehkamında müəyyən edilib.

Bildirilir ki, tikilinin yeni sahibi qorxunc tapıntı ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Hazırda İstintaq Komitəsi yoxlamalara başlayıb.

İlkin məlumatlara görə, çuvallar orada 2013-cü ildən bəri inşaat sahələrində arxeoloji qazıntılarla məşğul olan şirkət tərəfindən yığılıb.

O da qeyd olunur ki, “Ştayn” istehkamı XIX əsrin sonuna aid hərbi tikilidir.